Sahil Babayev: “Azərbaycanda sosial sahədə görülən işlər inqilabi xarakter daşıyır”

Sahil Babayev: “Azərbaycanda sosial sahədə görülən işlər inqilabi xarakter daşıyır”
 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir”.

 

ONA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdə Novruz bayramı münasibətilə Qocalar Evində görüş zamanı deyib.

 

Nazir bildirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlara nəzər salsaq, görərik ki, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır: "Müxtəlif müavinətlərin, təqaüdlərin iki dəfədən çox artırılması, əməkhaqqı və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib”.

 

Nazir bildirib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi inkişaf etməyə, təkmilləşməyə ehtiyacı olan sistemdir: "Daim təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...