Ozal Mammadov
sfera.az müəllifi · 4298 xəbər
Regionda gərginlik artır: İranın planları ilə bağlı yeni iddia
İranda mümkün hərbi hücumun istiqaməti ilə bağlı müzakirələrin aparıldığı iddia olunur. Hücumun İsrailə, yoxsa Fars körfəzi regionundakı neft obyektlərinə yönələcəyi hələlik bəlli deyil. Sfera.az xəbər verir ki, bu barədə İsrailin 14-cü kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, İrandakı sərt xətt tərəfdarları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəki bəzi qüvvələr mümkün hərbi əməliyyatın həyata keçirilməsini dəstəkləyir. Müzakirələrin əsas istiqamətlərindən
Media20.10.26, 00:07
Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
Şimali Koreya lideri Kim Çen İnın beyin qanaması keçirdiyi və komaya düşdüyü barədə iddialar yayılıb. Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda 42 yaşlı Kim Çen İnın ağır beyin qanamasından sonra komaya düşdüyü və təcili tibbi yardım üçün Çinə aparıldığı bildirilir. İddialara əsasən, Şimali Koreya lideri Pxenyandakı tibb müəssisələrinin imkanlarının məhdud olması səbəbindən Pekində yerləşən Peking
Media19.10.26, 23:46
Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo bir ay müddətinə yığmanın oyunlarından kənarlaşdırılıb və 255 avro cərimələnib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano Portuqaliya Futbol Federasiyasının bəyanatına istinadən məlumat yayıb. Buna baxmayaraq, Ronaldo Millətlər Liqasında noyabrın 14-də Danimarka, noyabrın 17-də isə Uelsə qarşı keçiriləcək oyunlarda iştirak edə biləcək. Xatırladaq ki, Ronaldo sentyabrın 30-da milli komandanın məşq toplanışını tərk edib. O, bu
İdman19.10.26, 23:32
Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
Yaş həddinə çatmadan əmək pensiyasına çıxmaq istəyən şəxslər üçün qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutulub. Sfera.az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, çoxuşaqlı valideynlərdən tutmuş hərbçilərə, prokurorluq və ədliyyə orqanlarının əməkdaşlarına, eləcə də ağır və zərərli işlərdə çalışanlara qədər müxtəlif kateqoriyadan olan şəxslər müəyyən şərtlərlə daha erkən pensiyaya çıxa bilərlər. Uşaqların sayından, iş şəraitindən, peşədən və
İqtisadiyyat19.10.26, 23:21
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb. Sfera.az xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı
Cəmiyyət19.10.26, 23:11
Böyük sərvət qazanan 4 bürc
Astroloqların proqnozlarına görə, bəzi bürclərin maddi uğuru gənc yaşlardan deyil, illər ərzində qazandıqları təcrübə və zəhmət nəticəsində gəlir. Sfera.az xəbər verir ki, səbirli, intizamlı və planlı davranan dörd bürcün nümayəndələri həyatlarının sonrakı mərhələlərində böyük sərvət toplaya bilərlər. Oğlaq Oğlaqlar məqsədlərinə çatmaq üçün səbir və əzmlə çalışan bürclərdən sayılırlar. Onlar sürətli qazanc əvəzinə uzunmüddətli uğura üstünlük verir, karyeralarında addım-addım irəliləyirlər.
Maraqlı19.10.26, 23:01
Leyla Əliyeva Arkadağda Uşaq Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Sfera.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib. Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya
Cəmiyyət19.10.26, 22:56
Bakıda qışa hazırlıq başladı
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Sfera.az xəbər verir ki, İdarə Yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyata keçirir. Proses üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 1 545 000,00 manat təşkil edir. Satınalma payız-qış mövsümündə paytaxt küçə və prospektlərində hərəkətin təhlükəsizliyini
Cəmiyyət19.10.26, 22:34
Parisin bir neçə küçəsində komendant saatı tətbiq edildi
Parisin Respublika Meydanında və Les Halles məhəlləsindəki bir neçə küçədə komendant saatı tətbiq edib. Sfera.az xəbər verir ki, bu barədə BFMTV Paris Şəhər Şurasının üzvlərinə istinadən məlumat yayıb. Kanalın məlumatına görə, bu, bazar ertəsi saat 22:00-dan çərşənbə axşamı saat 06:00-dək qüvvədə olacaq və bütün vətəndaşlara şamil ediləcək. Qeyd edək ki, Fransada sentyabrın sonlarından etibarən məktəblilərin təhsil sistemindəki problemlərə (müəllim çatışmazlığı, ağır dərs yükü) etirazı ilə
Dünya19.10.26, 22:29
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı növbəti videoçarx paylaşılıb. Sfera.az xəbər verir ki, paylaşımda deyilir: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".
Siyasət19.10.26, 21:56
İranda gəlini bəy evinə bu cür aparırlar - Video
İranın paytaxtı Tehranın küçələrindən birində lentə alınan qeyri-adi toy görüntüləri sosial şəbəkələrdə maraq doğurub. Sfera.az xəbər verir ki, paylaşılan kadrlarda gəlin TIR-ın arxasında görünür. Sosial media istifadəçilərinin marağına səbəb olan bu görüntülər İranın bəzi bölgələrində keçirilən ənənəvi toy mərasimlərini xatırladıb. Bu ənənəyə əsasən, toy şənliyinin sonunda gəlin musiqi, alqışlar və ailə üzvləri ilə qonşuların müşayiəti altında atasının evindən bəyin evinə yola salınır. Həmin
Region19.10.26, 21:39
Azərbaycanda həkim vəfat etdi - FOTO
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Bakı şəhər Mərkəzi
Cəmiyyət19.10.26, 21:20
Bu təyyarə Bakıda məcburi eniş etdi
Oktyabrın 19-da İsveçrənin SWISS aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Sfera.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Qeyd olunub ki, "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib. "Hava limanında sərnişinə tibb
Cəmiyyət19.10.26, 21:10
Bu 4 bürc üçün şans qapıları açılır — Retroqrad bitdi
Astrologiyada dönüşüm, güc və yenidən doğuşla əlaqələndirilən Plutonun geri hərəkəti sona çatır. 15 oktyabr 2026-cı ildə Dolça bürcündə irəli hərəkətə başlayan Pluton bəzi bürclər üçün gözlənilən dəyişikliklərin qarşısını aça bilər. Bu dörd bürc üçün xüsusilə pul, münasibətlər və şəxsi qərarlar məsələsində yeni səhifə açıla bilər. Astrologiyada Pluton dönüşümü güc mübarizələrini və insanın üzləşməkdən qaçdığı məsələləri təmsil edir. Onun geri hərəkət etdiyi dövrlərdə daxili sorğulamaların və
Maraqlı19.10.26, 20:57
Xəzərin Azərbaycan sahillərində ƏMƏLİYYAT
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sfera.az -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr
Cəmiyyət19.10.26, 20:46
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır. Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır? Sfera.az xəbər verir ki,
Cəmiyyət19.10.26, 20:39
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?
AKP ilə FETO hər ikisi dini dəyərlərə istinad etsələr də, bir vaxtlar müttəfiq olan bu iki siyasi qüvvə sonradan niyə düşmənə çevrildi? Onların ayrılığının arxasında həqiqətən ideoloji və dini fikir ayrılıqları dayanırdı, yoxsa hakimiyyət, siyasi nüfuz və dövlət strukturlarına nəzarət uğrunda mübarizə əsas rol oynayırdı? Ərdoğan və Gülən ictimaiyyət qarşısında hansı mövqeləri nümayiş etdirirdilər, pərdə arxasındakı münasibətləri hansı maraqlar üzərində qurulmuşdu? Bu qarşıdurmanın əsl səbəbləri
Gündəm19.10.26, 20:21
Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Astara rayonunun beş məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Ojakəran, Deqədi, Səlivə kəndlərinin, Ərçivan və Kijəbə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Cəmiyyət19.10.26, 20:09
Xalq artistinin vəziyyəti ağırdır
Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb. Sfera.az xəbər verir ki, Ölkə.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər
Cəmiyyət19.10.26, 19:53
Baş nazirin yeni müavini Musayev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Teymur Yusif oğlu Musayev Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Baş nazirin müavini vəzifəsinə təyin edilib. Sfera.az baş nazirin yeni müavini Teymur Musayevin dosyesini təqdim edir. Teymur Musayev 1970-ci il sentyabrın 16-da Bakıda doğulub. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə başa vurub, 2001-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 2003–2004-cü illərdə Fransanın
Cəmiyyət19.10.26, 19:42
“Şahinlərin Görüşü-2026” təlimindən yeni görüntülər - VİDEO
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər. Müdafiə Nazirliyindən Sfera.az -a verilən məlumata görə, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş
Cəmiyyət19.10.26, 19:39
Məşhur jurnalist vəfat edib
Məşhur rusiyalı teleaparıcı və jurnalist Mixail Ponomaryov 57 yaşında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, jurnalistin vəfatı barədə Milli Teleradioyayımçılar Assosiasiyasının “Telegram” kanalında məlumat verilib. Peşəkar fəaliyyəti dövründə gərgin və əlamətdar hadisələrdən hazırladığı reportajlarla tanınan Mixail Ponomaryov hadisə yerlərindən operativ məlumatları və diqqətçəkən süjetləri ilə geniş auditoriyanın marağını cəlb edib. Onun jurnalist fəaliyyəti çərçivəsində hazırladığı
Media19.10.26, 19:01
Baş Prokurorluq məlumat yaydı
Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Bu barədə Sfera.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının
Gündəm19.10.26, 18:52
Baş nazir qərar imzaladı
Nazirlər Kabineti (NK) "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Nazirlər Kabinetinin və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələri (ümumi sayın 10 %-dən çox olmamaqla) üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun
Cəmiyyət19.10.26, 18:42
























