Bakıda qışa hazırlıq başladı
Kateqoriya məlum deyil
T
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb.
Sfera.az xəbər verir ki, İdarə Yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyata keçirir. Proses üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 1 545 000,00 manat təşkil edir.
Satınalma payız-qış mövsümündə paytaxt küçə və prospektlərində hərəkətin təhlükəsizliyini təmin etmək, havanın şaxtalı keçdiyi günlərdə yollarda yarana biləcək sürüşkənliyin və qəzaların qarşısını almaq məqsədi daşıyır./yenisabah
Açar sözlər:






