Millimizin və “Qarabağ”ın ev oyunlarının Azərbaycanda keçirilməsinə qadağa qoyuldu
23:30 / 20.10.2020
1817
Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz "Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.
Sfera.azxəbər verir ki, UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarına qadağa qoyub.
Qəbul olunmuş qərarlarla bağlı ətraflı məlumatla uefa.com saytına daxil olaraq tanış ola bilərsiniz.