Millət vəkili “Dünya və gənclər yeni şəraitdə” onlayn forumuna qatılıb

Millət vəkili “Dünya və gənclər yeni şəraitdə” onlayn forumuna qatılıb

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, 100-dən artıq iştirakçının qoşulduğu "Dünya və gənclər yeni şəraitdə” onlayn foruma Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü kimi dəvət aldım və iştirak etdim”.

 

 

Sfera.azxəbər verir ki, bu sözləri millət vəkili Şahin Seyidzadə özünün sosial şəbəkə hesabında yazıb.


Millət vəkili bildirib ki, foruma Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, həmkar millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, gənclər təşkilatlarının rəhbərləri, eləcə də, fəal gənclər qoşulmuşdu:


"Onlayn forumda çıxışımla öz fikirlərimi, mövqeyimi bildirdim və bir neçə tezisləri sizinlə bölüşmək istəyirəm:

- Qlobal koronavirus pandemiyası dövründə qlobal dünya bir çağırışla üzləşdi və bu dövrdə dovlətin idarəetməsində böhran menecmenti tətbiq edən Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sınaqdan layiqincə keçir.

- Əgər 5, 10 il bundan öncə gənclərə "gələcəyi düşünün” deyə tövsiyə edilirdisə, bu gün bunu demək çətindir. Bu gün stabillik indeksi sıfır səviyyəsinə düşməkdədir. Artıq gələcəyi düşünməyi yox, gələcəyin necə olmasından asılı olmayaraq, çevik olmağa hazır olmalıyıq.

- Koronavirus pandemiyası sayəsində sosial şəbəkələrin əsas 3C olan modelinə (Communication, Creative, Commerce), əlavə bir "C” də əlavə olundu və onun aktuallığı gündən-günə artır. Artıq hər kəs sosial şəbəkələri daha faydalı işlətməyə yönəlib, yaradılan işguzar və şəxsi maraqlar əsasında qruplarda (qapalı "facebook” qruplar, qapalı onlayn görüşlər, forumlar, "whatsapp” qruplar) virtual ünsiyyətdədilər.

- Artıq gənclər təşkilatların fəaliyyətləri tədbirlər naminə yox, yeni alətlərin yaradılmasına yönəlməlidir. Həmin alətləri bu gün yaratmaqla, sabahkı həyat tərzinə təsir etməlidilər.

- Virtual məktəb, virtual universitet, virtual təşkilat, virtual "hakimiyyət” həyatımızın ayrılmaz bir parçası olur.

Sonda isə hər kəsi evdə qalıb, mövcud proseslərdən məlumatlı olmaq üçün mötəbər mənbələrdən (Nazirlər Kabineti yanında Operativ Qərargah, Ümumdünya Səhiyyə Təşkilatı və s.) istifadə etməyə çağırıram və təşkilatçılığa Gənclər və İdman Nazirliyinə (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) təşəkkürümü bildirirəm”.


OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...