Məktəbdə halı pisləşib ölən şagirdlə bağlı təfərrüatlar MƏLUM OLDU

Məktəbdə halı pisləşib ölən şagirdlə bağlı  təfərrüatlar MƏLUM OLDU
"Bu gün Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib və bundan sonra təcili tibbi yardıma zəng olunub".

Sfera.az bildirir ki, bu barədə  Xaçmaz rayon Təhsil Şöbəsindən məlumat verilib.

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov deyib ki, şagirdin dünyasını dəyişməsinə nəyin səbəb olması hələlik məlum deyil: "Buna həkimlər rəy verəcək. Halı pisləşib və aparıblar xəstəxanaya, orada isə keçinib. 

Məktəbdə uşağa ilkin tibbi yardım göstərmək üçün tibb xidmət məntəqəsi olmayıb. "Balaca məktəbdir. Heç bir tibb məntəqəsi yoxdur. Məktəb tərəfindən nə bacarılıbsa, həkim gələnə qədər edilib.", - deyə Ağamirzə Əzimov qeyd edib. 

Təhsil İdarəsindən verilən məlumata görə, Xədicə Rəcəbova tərbiyəli və dərslərini yaxşı oxuyan bir şagird olub. Səhhətində əvvəllər hansısa problemin olub-olmaması isə məlum olmayıb. 
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...