Ermənistanda hər dörd uşaqdan biri yoxsul yaşayır
Ermənistanda hər dörd uşaqdan təxminən biri yoxsulluq içində yaşayır. Rəsmi məlumatlara görə, ölkədə uşaqların 28%-i yoxsul, 0,9%-i isə son dərəcə yoxsuldur. Sfera.az xəbər verir ki, bu barədə "Hetq" məlumat yayıb. Bildirilib ki, bunu Statistika Komitəsinin (SK) 2024-cü il üzrə yekunlaşdırdığı son yoxsulluq hesablamaları sübut edir. Məlumatlar 0-18 yaşlı insanlara aiddir. Ayrı-ayrılıqda baxsaq, oğlanlar arasında yoxsulluq səviyyəsi bir qədər yüksəkdir və 28,1% təşkil edir. Qızların 27,9%-i