Logo

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərində böyük dinamika müşahidə olunur

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərində böyük dinamika müşahidə olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Gürcüstan arasında siyasi dialoq və əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında müntəzəm təmaslar və qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. Eyni zamanda, Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

C.Bayramov qeyd edib ki, Azərbaycan və Gürcüstan bu məsələlərlə bağlı daha geniş coğrafiyada, beynəlxalq təşkilatlar və müxtəlif platformalar çərçivəsində də dialoq aparmaq və qarşılıqlı dəstək göstərmək imkanına malikdir.

Ceyhun Bayramovun sözlərinə görə, son illərdə iki ölkə arasında müxtəlif razılaşmalar imzalanıb, təmaslar intensiv və müntəzəm xarakter alıb.

“Demək olar ki, həmkarımla çoxsaylı beynəlxalq tədbirlərdə görüşmək, rəsmi və qeyri-rəsmi müzakirələr aparmaq üçün hər fürsətdən istifadə edirik”, – deyə nazir bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR