Logo

“Dünyanın ən yaraşıqlı kişisi”nə qarşı ağır ittihamlar - TƏFƏRRÜAT

“Dünyanın ən yaraşıqlı kişisi”nə qarşı ağır ittihamlar - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xarici görünüşünü maksimum dərəcədə dəyişdirməyi təşviq edən “Looksmaxxing” trendinin tanınmış simalarından olan amerikalı bloqer Breyden Piters barəsində cinayət işi üzrə yeni təfərrüatlar açıqlanıb.

Sfera.az bildirir ki, “WCVB” telekanalının məlumatına görə, internetdə “dünyanın ən yaraşıqlı kişisi” kimi tanınan, “Clavicular” ləqəbli 20 yaşlı bloqer Massaçusets Ali Məhkəməsi tərəfindən zorlama və yetkinlik yaşına çatmayan şəxsə spirtli içki verməkdə ittiham olunur.

Məhkəmə sənədlərində qeyd olunur ki, polis əməkdaşı bloqerin “Twitch” platformasında yayımlanan canlı yayımının görüntülərinə baxıb. Kadrlarda zərərçəkmiş şəxsin ona “Gözlə, mən çox sərxoşam” dediyi eşidilib. Məhkəmə bu ifadəni 17 yaşlı qıza canlı yayım zamanı qəsdən spirtli içki verildiyinə dair sübutlardan biri kimi qiymətləndirib.

Xatırladaq ki, sentyabr ayında bloqer Alora Ziva (əsl adı Aleksandra Vasilyevna Mendoza) Breyden Pitersi zorakılıqda ittiham etmişdi. O, birgə canlı yayım zamanı Pitersin ona araq içirdiyini, daha sonra cinsi zorakılıq etdiyini və üzünə metamfetaminlə qarışdırılmış piy əridici preparat yeritdiyini iddia etmişdi.

Piters isə oktyabr ayında keçirilən məhkəmə iclasında özünü təqsirli bilməyib. Məhkəmə onun barəsində 10 min dollar girov müəyyən edib. Bloqer həmin məbləği ödədikdən sonra sərbəst buraxılıb.

Məhkəmənin qərarına əsasən, o, pasportunu təhvil verməli, zərərçəkmiş olduğu iddia edilən şəxslə əlaqə saxlamamalı və onun barəsində sosial şəbəkələrdə məlumat paylaşmamalıdır.

Pitersə qarşı irəli sürülən ittihamlar məhkəmədə hələ sübuta yetirilməyib. O, özünü təqsirli bilmədiyini bəyan edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR