Tramp: “İranın nüvə imkanları tamamilə məhv edilib”

Tramp: “İranın nüvə imkanları tamamilə məhv edilib”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın nüvə imkanları ilə bağlı açıqlama verib və nüvə silahları ilə bağlı artıq narahatlığa ehtiyac olmadığını açıqlayıb.


Sfera.az xəbər verir ki, nüvə silahları məsələsinə toxunan ABŞ Prezidenti İranın nüvə imkanlarının tamamilə məhv edildiyini bildirib.


“İran məsələsində nüvə silahları ilə bağlı artıq narahat olmağa ehtiyac yoxdur. Onların nüvə imkanları tamamilə məhv edilib”, – deyə Tramp bildirib.


ABŞ Prezidenti artan yanacaq qiymətlərindən də danışıb. O, neft istisna olmaqla, qiymətlərin aşağı düşdüyünü və neftin də Co Baydenin prezidentliyi dövründəkindən daha aşağı səviyyədə olduğunu iddia edib.


Tramp ölkədəki iqtisadi vəziyyətə də münasibət bildirib:


“Ölkəmiz tarixinin ən pis inflyasiyasını miras aldıq və bu göstərici sürətlə aşağı düşür. Pensiya fondları və birjalar bütün zamanların ən yüksək səviyyəsindədir. Ölkəmiz həqiqətən çox yaxşı gedir”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR