Yerdə gizli zona üzə çıxdı - FOTO

Dünyada maqnit sahəsinin qeyri-adi dərəcədə yüksək olduğu yüzlərlə zona mövcud ola bilər.
Sfera.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Yer fizikası kafedrasının kiçik elmi işçisi Aleksey Tselebrovski TASS-a açıqlamasında bildirib.
Alimin sözlərinə görə, bu cür anomal zonaların dəqiq sayını müəyyənləşdirmək çətindir. Bunun üçün dünyanın müxtəlif ərazilərində genişmiqyaslı sahə tədqiqatları və ekspedisiyalar aparılmalıdır.
Sentyabr ayında Rusiya Elmlər Akademiyasının İrkutsk filialı Baykal gölündə yerləşən Olxon adasında da belə bir maqnit anomaliyasının aşkarlandığını açıqlayıb. Anomaliya yüksək seysmikliyi ilə seçilən Baykal rift zonasında yerləşir.
Tselebrovski qeyd edib ki, Yer qabığının dartıldığı və dərin qırılmaların yarandığı Baykal rift zonası gələcəkdə yeni yüksək intensivlikli maqnit anomaliyalarının aşkarlanması üçün perspektivli ərazi ola bilər.
Alim bildirib ki, bu cür maqnit zonalarının aşkar edilməsi üçün xüsusi elmi ekspedisiyalara ehtiyac var. Onun sözlərinə görə, təbiətdə yaranan bu maqnit anomaliyaları insanlar və heyvanların sağlamlığı üçün təhlükə yaratmır.
İnci







