İsveç baş naziri istefa verdi

İsveçin Baş naziri Ulf Kristersson parlament seçkilərində müxalifət partiyalarının qələbəsindən sonra istefa verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Kristersson bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, parlament sədrinə ünvanladığı məktubda baş nazir vəzifəsindən azad olunmasını xahiş edib.
Kristersson istefa məktubunun mətnini də sosial şəbəkə hesabında yayımlayıb.
“Reuters”in məlumatına görə, sentyabrın 13-də keçirilən parlament seçkilərində İsveçdə mərkəz-sol blokda təmsil olunan müxalifət partiyaları 176 mandat əldə edib. Hakim mühafizəkar blok isə 173 yer qazanıb.
Mərkəz-sol bloka Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya və Yaşıllar Partiyası, həmçinin sosial-demokratları dəstəkləyən Mərkəz Partiyası daxildir.
Məsumə






