Rihannanın qızı anasına bənzərliyi ilə diqqət çəkdi

Dünya şöhrətli müğənni Rihanna və A$AP Rocky-nin ən kiçik övladı Rocki Irish Mayers 1 yaşını qeyd edib. Müğənninin qızı ilə paylaşdığı fotolar sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Sfera.az xəbər verir ki, 2025-ci ildə dünyaya gələn Rocki cütlüyün ilk qız övladıdır. Üç uşaq anası olan Rihanna qızının doğum günü münasibətilə onunla birlikdə kamera qarşısına keçib.
Rəngarəng fotolarda Rockinin böyüməsi və görünüşü diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri balaca qızın anasına çox bənzədiyini qeyd ediblər.
Rihanna və A$AP Rocky övladlarının adlarında “R” hərfindən istifadə ənənəsini Rocki ilə də davam etdiriblər. Cütlüyün digər övladlarının adları RZA və Riot Rose-dur. Rockinin dünyaya gəlməsi ilə ailədəki bu ənənə qorunub saxlanılıb.
Mənsumə









