Məktəblər açıldı, bu problemə diqqət edin – Valideynlərə xəbərdarlıq

Məktəblər açıldı, bu problemə diqqət edin – Valideynlərə xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Yeni dərs ilinin başlaması ilə uşaqların uzun müddət parta arxasında oturması və ağır çanta daşıması valideynlərdə onurğa sağlamlığı ilə bağlı narahatlıq yaradır. Xüsusilə böyümə çağında uşağın duruşunda yaranan dəyişikliklərə diqqət yetirmək vacibdir.

Sfera.az xəbər verir ki, ortopediya və travmatologiya və onurğa cərrahiyyəsi üzrə mütəxəssis dosent doktor Kadir Abul uşaqlarda skoliozun ilkin mərhələdə ağrısız keçə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, çiyinlərdən birinin digərindən yüksək görünməsi, kürək sümüklərində və bel xəttində asimmetriya, uşağın önə əyilməsi zamanı kürəyin bir tərəfində qabarıqlığın nəzərə çarpması diqqət tələb edən əlamətlərdir.

Həkim vurğulayıb ki, ağır məktəb çantası skolioza birbaşa səbəb olmur. Lakin çantanın düzgün daşınmaması bel və çiyin ağrılarına, əzələ yorğunluğuna və duruş problemlərinə gətirib çıxara bilər. Buna görə çantanın hər iki çiyində bərabər daşınması və lazımsız əşyaların çantadan çıxarılması tövsiyə edilir.

Skolioz xüsusilə sürətli böyümə dövründə irəliləyə bilər. Buna görə valideynlər uşağın duruşunda davamlı dəyişiklik gördükdə bunu yalnız yanlış oturma vərdişi kimi qiymətləndirməməli və mütəxəssisə müraciət etməlidirlər.

Həkim həmçinin qeyd edib ki, uşağın ağrı hiss etməməsi onurğasında problem olmadığı anlamına gəlmir. Erkən qiymətləndirmə skoliozun gedişatının vaxtında izlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR