Yaxın Şərqdə yeni müharibə təhlükəsi

Yaxın Şərqdə yeni müharibə təhlükəsi
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə gərginlik yenidən yüksəlib. İranın dəstəklədiyi Yəmən husilərinin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyi bildirilir.

Sfera.az xəbər verir ki, husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis Muşayt şəhərindəki hərbi hava bazasını hədəfə aldıqlarını açıqlayıblar. Qruplaşmanın məlumatına görə, hücum zamanı onlarla raket və drondan istifadə edilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə hücumlar nəticəsində 13 mülki şəxsin yaralandığını açıqlayıb. Bundan sonra Xamis Muşayt və ölkənin cənubundakı daha üç şəhərdə fövqəladə vəziyyət elan edilib.

Yəmənli rəsminin sözlərinə görə, husilər hazırda ciddi təzyiq altındadır. Qruplaşma isə buna cavab olaraq Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarını daha da artırır.

Bununla yanaşı, husilərin Yəmənin qərb sahillərində, Qırmızı dəniz boyunca hərbi mövqelərini gücləndirdiyi də bildirilir. Bu vəziyyət regionda yeni qarşıdurmanın genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR