Çin ölkədən çıxış qaydalarını sərtləşdirdi

Çin ölkədən çıxış qaydalarını sərtləşdirdi
Kateqoriya məlum deyil
T

Çində milli texnologiya təhlükəsizliyi üçün potensial risk hesab edilən vətəndaşların ölkədən çıxışını məhdudlaşdıran yeni qaydalar qüvvəyə minib.

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, yeni tənzimləməyə əsasən, xaricdə milli təhlükəsizliyə və ya milli maraqlara zərər vuran qanunsuz və ya cinayət xarakterli əməllər törətdikdən sonra Çinə qayıdan vətəndaşların ölkədən çıxışına 6 aydan 3 ilədək qadağa qoyulacaq.

Bundan əlavə, viza müraciəti zamanı yanlış məlumat verən xarici vətəndaşların Çinə girişinin 1 ildən 5 ilədək məhdudlaşdırılacaq. Çində xaricə şəxsi səfərlərlə bağlı məhdudiyyətlər əvvəllər də mövcud olub. Xüsusilə məxfi məlumatlara çıxışı olan yüksək vəzifəli dövlət məmurları və dövlət şirkətlərinin rəhbərləri üçün xarici səfərlərə nəzarət gücləndirilib. “Reuters” 2023-cü ildə Çin dövlət qulluqçuları və dövlətlə əlaqəli şirkətlərin əməkdaşlarının şəxsi xarici səfərləri ilə bağlı məhdudiyyətlərin sərtləşdirildiyini və onların xarici əlaqələrinin daha ciddi araşdırıldığını bildirib.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR