Demet Özdemir imicini dəyişdi

Kateqoriya məlum deyil
T
Məşhur türkiyəli aktrisa Demet Özdemir “Eşref Rüya” serialından sonra işinə qısa müddətlik fasilə verib. Aktrisa bu dəfə yeni imici ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, “Eşref Rüya” serialında “Nisan” obrazını canlandıran Demet Özdemir saçlarını qısacıq kəsdirərək görünüşündə dəyişiklik edib.
17,5 milyon izləyicisi olan sosial media hesabını aktiv şəkildə istifadə edən aktrisa həm uğurlu aktyorluq performansı, həm də paylaşımları ilə diqqət çəkir.

Özdemir son paylaşımında yeni saç modelini izləyicilərinə nümayiş etdirib. Onun qısa saçlı görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib və çoxsaylı rəylər alıb.
Mənsumə






