Təhlükəni əvvəlcədən hiss edən 5 bürc

Təhlükəni əvvəlcədən hiss edən 5 bürc
Kateqoriya məlum deyil
T

Bəzi insanlar qarşılaşacaqları hadisələri sanki əvvəlcədən hiss edirlər. Ortada konkret səbəb olmasa belə içlərində yaranan narahatlıq onları müəyyən qərarlardan uzaqlaşdıra bilir. Astroloji inanclara görə, xüsusilə bəzi bürclər güclü intuisiyaları ilə seçilir.

Sfera.az xəbər verir ki, bu bürclər ətrafdakı insanların davranışındakı ən kiçik dəyişiklikləri belə tez sezə bilirlər. Bəzən onların “içimə damdı” dediyi hiss sonradan doğru çıxa bilər. Məhz buna görə də təhlükəli və ya riskli vəziyyətlərdə instinktlərinə daha çox güvənirlər.

Əqrəb – heç nə gözündən qaçmır

Əqrəblər insanların niyyətlərini hiss etməkdə olduqca güclü hesab olunur. Qarşılarındakı şəxsin səmimi olmadığını davranışlarından anlaya bilərlər. Onları narahat edən bir vəziyyət yarananda geri addım atmaqdan çəkinmirlər. Əqrəbin şübhələndiyi bir məsələnin üzərində dayanmaq çox vaxt təsadüfi olmur.

Balıqlar – hissləri güclü işləyir

Balıqlar ətrafdakı atmosferi və insanların emosiyalarını tez qəbul edən bürclərdəndir. Heç bir məntiqi izah tapa bilməsələr belə, hansısa insan və ya vəziyyət haqqında mənfi hiss yarandıqda məsafə saxlaya bilərlər. Onların ən güclü tərəfi məhz bu həssaslıqdır.

Xərçəng – təhlükəni ürəyi ilə duyur

Xərçənglər xüsusilə yaxınlarının təhlükədə olduğunu hiss etməkdə diqqətçəkirlər. Sevdikləri insanın davranışındakı kiçik dəyişiklik belə onların diqqətindən yayınmır. Bəzən səbəbini izah edə bilmədikləri narahatlıq onları sonradan peşman ola biləcəkləri addımdan çəkindirir.

Qız – intuisiya və məntiq birlikdə

Qız bürcünün gücü yalnız intuisiyasında deyil, müşahidə qabiliyyətindədir. Onlar detalları diqqətlə analiz etdikləri üçün başqalarının görmədiyi işarələri fərq edə bilirlər. Bu səbəbdən təhlükəni “əvvəlcədən hiss etmələri” bəzən güclü müşahidə qabiliyyətlərinin nəticəsi olur.

Dolça – gözlənilməz siqnalları tutur

Dolçalar qeyri-adi düşüncə tərzi ilə seçilirlər. Onlar standart yanaşmadan fərqli düşündükləri üçün bəzi vəziyyətlərdə başqalarının diqqət etmədiyi məqamları görə bilirlər. İçlərində yaranan şübhəni ciddi qəbul etdikləri zaman riskli vəziyyətdən uzaqlaşa bilərlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR