Nahid Bağırov Avropa çempionu ilə görüşdü - FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov gənclər arasında cüdo üzrə keçirilən Avropa çempionatında qızıl medal qazanan İsmayıllı idmançısı Ayxan Mirzəzadə ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüş zamanı Ayxanın əldə etdiyi yüksək nəticə münasibətilə təbriklər çatdırılıb, idmançının məşqçilərinə də göstərdikləri zəhmətə görə təşəkkür edilib.
Görüşdə Ayxan Mirzəzadənin qazandığı uğurun İsmayıllı rayonunun idman həyatında əlamətdar hadisə olduğu vurğulanıb.
İcra hakimiyyətinin başçısı idmançıya gələcək yarışlarda uğurlar arzulayıb, onun qarşıdakı turnirlərdə də yeni qələbələr qazanacağına və İsmayıllını, eləcə də Azərbaycanı layiqincə təmsil edəcəyinə inamını ifadə edib.
Görüşdə Ayxan Mirzəzadə və onun məşqçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
İradə Elsevər











