Peskov Putin-Paşinyan görüşünün əsas mövzularını açıqladı

Peskov Putin-Paşinyan görüşünün əsas mövzularını açıqladı
Kateqoriya məlum deyil
T

Rusiya və Ermənistan liderlərinin Moskvada keçiriləcək görüşündə İrəvanın gələcək inkişaf istiqaməti və xarici siyasət orientasiyası əsas müzakirə mövzularından olacaq. Görüşün dəqiq tarixi isə hələlik müəyyənləşdirilməyib.

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli münasibətlərin əsas məsələlərini, xüsusilə Ermənistanın gələcək inkişaf istiqamətini və hansı geosiyasi xəttə üstünlük verəcəyini müzakirə edəcəklər.

“Dövlət başçıları ikitərəfli münasibətlərimizin əsas mövzusunu – Ermənistanın inkişaf istiqamətinin seçilməsi, onun orientasiyası və bununla bağlı referendum keçirilməsi məsələsini hərtərəfli müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov deyib. Kremlin sözçüsü Paşinyanın Rusiyaya səfərinin konkret tarixinin diplomatik kanallarla razılaşdırılacağını bildirib.

O qeyd edib ki, tarix dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla müəyyənləşdiriləcək. Peskov həmçinin xatırladıb ki, Bişkekdə Rusiya və Ermənistan liderləri arasında keçirilən son danışıqlarda ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müzakirə olunub. Onun sözlərinə görə, müvafiq dövlət qurumları bu istiqamətdə işi davam etdirəcək. Bununla yanaşı, tərəflər Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər etməsi barədə razılığa gəliblər. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Paşinyanla Ermənistanın gələcək inteqrasiya planları barədə dialoqun sakit şəraitdə davam etdirilməsi ilə bağlı razılığa gəldiklərini və Ermənistan hökumət başçısını bu məqsədlə Moskvaya dəvət etdiyini açıqlayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR