Restoranlarda süni intellekt böhranı

Xərclərini azaltmaq istəyən restoranların menyu və reklamlarında real fotoşəkillər əvəzinə süni intellekt (AI) tərəfindən yaradılan görsellərdən istifadə etməsi istehlakçılarda ciddi etimad problemi yaradır. ABŞ Milli Restoran Assosiasiyasının məlumatına görə, sahibkarların təxminən 26%-i pazarlamada AI-dan yararlanır. Lakin peşəkar fotosessiyalara büdcə ayırmayıb süni intellektə üz tutan müəssisələr üçün bu addım gözlənilənin əksinə — müştəri və nüfuz itkisinə çevrilir.
Sfera.az xəbər verir ki, ekspertlər bildirirlər ki, süni intellektin hazırladığı həddən artıq parlaq, plastik görünüşlü və reallıqdan uzaq yemək şəkilləri iştahaaçıcı olmamaqla yanaşı, insanlarda narahatlıq yaradır. Duisburg-Essen Universitetinin tədqiqatçılarına görə, qeyri-təbii görünən yemək şəkilləri insan beynində məhsulun "xarab və ya zərərli" ola biləcəyinə dair instinktiv təhlükə siqnalı formalaşdırır.
Bununla yanaşı, menyudakı qüsursuz AI görüntüsü ilə masaya gələn real yemək arasındakı fərq aldadıcı reklam müzakirələrini alovlandırır. Mütəxəssislər kiçik bizneslərə süni görüntülər əvəzinə smartfonla çəkilmiş təbii şəkillərdən və səmimi təqdimatdan istifadə etməyi tövsiyə edir. Çünki müştəri üçün əsas meyarlar süni mükəmməllik yox, samimiyyət və keyfiyyətdir.
Mənsumə






