Milyardlarla dollarlıq qızıl ehtiyatı çıxarıldı - Səbəb

Niderland Mərkəzi Bankı (DNB) ölkənin 83,8 milyard dollar dəyərindəki 612,4 tonluq qızıl ehtiyatlarının mühüm hissəsini ABŞ və Kanadadan çıxararaq London banklarına köçürüb. Əməliyyat çərçivəsində Nyu-Yorkdan 10,7 milyard dollar, Ottavadan isə 1 milyard dollardan çox dəyəri olan qızılın yeri dəyişdirilib. Transferdən sonra Nyu-Yorkun payı 18,5 faizə düşüb, Londonun payı isə 32,1 faizə yüksəlib. Process yalnız daşınma ilə deyil, Nyu-Yorkda satılan 59 ton qızılın Londonda yenidən alınması və 27 tondan çox külçənin fiziki olaraq transfer edilməsi ilə həyata keçirilib.
Sfera.az xəbər verir ki, DNB rəhbərliyi qərarın əsas səbəbi kimi ehtiyatların coğrafi balansını təmin etmək və olası ağır böhranlara qarşı hazırlığı artırmaq olduğunu bəyan edib. Bankın açıqlamasına görə, fövqəladə hallarda New-York və Ottavadakı ehtiyatlardan sürətli istifadə etmək çətindir, London bazarı operatesional baxımdan daha çevik imkanlar yaradır.
Ekspertlər bu addımın arxasında ABŞ və Avropa arasında artan ticarət gərginliyi, geo-siyasi risklər və xarici ölkələrdə saxlanılan aktivlərin dondurulma təhlükəsinin dayandığını bildirirlər. Xüsusilə Rusiyanın dondurulan 300 milyard dollarlıq aktivləri mərkəzi bankların risk qavrayışını köklü şəkildə dəyişib.
Niderland bu addımı atan yeganə Avropa ölkəsi deyil. Daha əvvəl Almaniya 600 tondan çox qızılı Frankfurt-a qaytarıb, Fransa Mərkəzi Bankı isə 2026-cı ilin yanvarında Nyu-Yorkdan 129 ton qızılını ölkəyə daşıyıb. Bu proses Avropa ölkələrinin strateji ehtiyatlar üzərində fiziki nəzarəti artırmaq meylinin göstəricisi kimi qiymətləndirilir.
Mənsumə






