Şagirdlər üçün yeni qadağa

Şagirdlər üçün yeni qadağa
Kateqoriya məlum deyil
T

Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən məktəblərdə mobil telefon istifadəsinin qadağan edildiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Makron ABŞ mərkəzli “X” şirkətindəki sosial media hesabından etdiyi paylaşımda uşaqları ekranların mənfi təsirlərindən qorumaq üçün “daha çox gözləyə bilməyəcəklərini” bildirib. O, məktəblərdə mobil telefon istifadəsinə qadağa olunduğu nəzərdə tutan qanunun qüvvəyə mindiyini açıqlayıb.

Fransa Prezidenti qanunun sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən qüvvədə olacağını qeyd edib.

Fransa hökuməti daha əvvəl 2018-ci ildən etibarən ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon istifadəsi ilə bağlı qaydaların yeni tədris ilindən məktəblərdə də tətbiq ediləcəyini açıqlayıb.

Fransa Milli Assambleyası və Senatında qəbul edilən qanun Konstitusiya Şurası tərəfindən də təsdiqlənib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR