ABŞ milyonluq mükafat elan etdi: Bu iranlı komandirlər axtarılır

ABŞ milyonluq mükafat elan etdi: Bu iranlı komandirlər axtarılır
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” (Rewards for Justice) proqramı İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli şəxsləri haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edib.

Sfera.az xəbər verir ki, proqramın açıqlamasında həmin şəxslər barədə etibarlı məlumat təqdim edənlərə mükafat veriləcəyi bildirilib. Təhlükəsizlik baxımından zəruri hesab olunarsa, məlumat verən şəxslərə başqa yerə köçürülmə imkanı da təqdim edilə bilər.

ABŞ-ın axtardığı şəxslər arasında İran İnqilab Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidi də yer alır.

Siyahıda həmçinin Hatəmül-Ənbiya Mərkəzi Qərargahının rəhbəri Əli Abdollahi, İİKK Aerokosmik Qüvvələrinin pilotsuz uçuş aparatları bölməsinin komandiri Səid Aqacani, İİKK Kiber-Elektron Komandanlığının rəhbəri Həmidrza Laşqaryan və İİKK Kəşfiyyat Bölməsinin komandiri Məcid Xademi var.

ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” proqramı Vaşinqtonun təhlükəsizlik təhdidi hesab etdiyi şəxslər və təşkilatlar barədə məlumat əldə etməyə yönəlib. Proqram çərçivəsində təqdim edilən məlumatın əhəmiyyətindən asılı olaraq pul mükafatı verilə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR