Oman sahillərində neft tankeri vuruldu

Oman sahillərində neft tankeri vuruldu
Kateqoriya məlum deyil
T

Oman sahillərində neft tankerinə naməlum obyektlə zərbə endirilib. Hadisə nəticəsində gəminin mühərrik bölməsinə ciddi zərər dəyib və tanker istifadəyə yararsız vəziyyətə düşüb.

Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı açıqlamaya görə, hadisə Oman ərazisinin şimal-şərqində yerləşən Şisa bölgəsindən təxminən 9 dəniz mili məsafədə baş verib. Məlumata əsasən, neft tankerinin mühərrik bölməsinə naməlum obyekt dəyib.

Zərbə nəticəsində mühərrik bölməsində zədələnmə qeydə alınıb və gəmi fəaliyyət göstərə bilməyəcək vəziyyətə düşüb. Açıqlamada tanker heyətinin zərər çəkmədiyi bildirilib. Hadisə nəticəsində ətraf mühitin çirklənməsi və ya neft sızması barədə hər hansı məlumatın daxil olmadığı qeyd edilib. Hadisənin səbəbləri və tankerə zərbə endirən obyektin kimə məxsus olduğu ilə bağlı araşdırma aparılır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR