Danimarkanın Baş nazirindən gözəllik atmacalarına SƏRT REAKSİYA

Danimarkanın Baş nazirindən gözəllik atmacalarına SƏRT REAKSİYA
Kateqoriya məlum deyil
T

Danimarkanın Baş naziri Mette Frederiksen ona ünvanlanan arzuolunmaz gözəllik məsləhətlərindən narahat olduğunu bildirib və burnundakı ləkəni aradan qaldırmağı təklif edən estetik cərraha sərt cavab verib.

Sfera.az xəbər verir ki, 48 yaşlı Mette Frederiksen Ukrayna səfərindən sonra ölkəsinə qayıdıb və sosial media hesabında paylaşım edib. Baş nazir bildirib ki, estetik cərrahlardan biri onunla əlaqə saxlayaraq burnundakı kiçik ləkəni aradan qaldırmağı təklif edib. Frederiksen bu cür məsləhətlərin onun üçün yeni olmadığını vurğulayıb. Frederiksen illər ərzində xarici görünüşü ilə bağlı çoxsaylı mesajlar aldığını deyib.

O, dişlərinin çirkin olduğu, saçlarının çox nazik olduğu barədə tənqidlərlə yanaşı, burnundakı xalın aradan qaldırılması və botoks etdirməsi ilə bağlı da məsləhətlər aldığını bildirib. Baş nazir estetik cərrahın adını açıqlamadan ona göndərilən mesajın ekran görüntüsünü də paylaşıb. Frederiksen cavabında bədənindən razı olduğunu və kişi estetik cərrahın bu barədə fikrinə ehtiyac duymadığını vurğulayıb.

2019-cu ildən Danimarkanın Baş naziri vəzifəsini yerinə yetirən Frederiksen ölkənin ikinci qadın baş naziri kimi fəaliyyət göstərir. O, 50 yaşına yaxınlaşan bir qadın kimi bədənini olduğu kimi qəbul etdiyini söyləyib. Danimarka lideri ona məsləhət vermək istəyən şəxslərdən vaxtlarını daha mənalı məsələlərə sərf etmələrini istəyib və burnu barədə danışılmamasını xahiş edib. Frederiksen arzuolunmaz gözəllik məsləhətlərinin onda qəzəb yaratdığını bildirərək, cəmiyyətdə “qüsur” kimi qəbul edilən kiçik fərqlərlə yaşayan bütün insanlara dəstək mesajı göndərib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR