Göldə üzən 8 yaşlı qızın amöb qurbanı olub

ABŞ-nin Luiziana ştatında yaşayan səkkiz yaşlı Lillian Smart göldə üzərkən "beyin yeyən amöb" kimi tanınan "Naegleria fowler" ilə təmasdan sonra ağır xəstələnib və ölüb.
Sfera.az xəbər verir ki, Luiziana ştatından olan səkkiz yaşlı Lillian Smart, Claiborne gölündə üzərkən beyin yeyən amöb "Naegleria fowler"i ilə təmasdan sonra ölüb. Lillian Smart 15 avqustda xəstəxanaya yerləşdirilib və infeksiya səbəbindən beynində zədələnmə olduğu bildirilib.
Yeniyetmə avqustun 15-də xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, qızın səhhəti yaxşılaşmayıb. Lillian səkkizinci doğum gününü qeyd etdikdən qısa müddət sonra vəfat edib. Ailəsi bildirib ki, beyin zədəsi bədəninin sağalması üçün çox ağır olub.
Qeyd edək ki, beyin yeyən amöb, xüsusilə isti şirin sularda yaşaya bilən təkhüceyrəli mikroskopik amöb növüdür. Göllər, çaylar, gölməçələr və isti bulaqlar bu orqanizmin tapıla biləcəyi mühitlər arasındadır.
İradə Elsevər
Sfera.az






