111 milyard dollarlıq sövdələşmədə QALMAQAL: “Məni susdura bilməzsiniz”

111 milyard dollarlıq sövdələşmədə QALMAQAL: “Məni susdura bilməzsiniz”
Kateqoriya məlum deyil
T

Məşhur amerikalı aktyor Mark Ruffalo "Paramount Skydance" şirkətinin "Warner Bros. Discovery" ilə bağlı 111 milyard dollarlıq birləşmə prosesinə yönəltdiyi tənqidlərini “antisemitik ifadələr” kimi qiymətləndirməsinə sərt reaksiya verib.

Sfera.az xəbər verir ki, fələstinlilərin hüquqlarını müdafiə edən mövqeyi ilə tanınan Ruffalo sosial media hesabında açıqlama yayıb. Aktyor "Paramount Skydance" şirkətinin baş icraçı direktoru David Ellison ilə texnologiya şirkəti Oracle-ın rəhbərlərindən biri olan atası Larri Ellison arasındakı əlaqələrə diqqət çəkib. Ruffalo "Oracle" şirkətinin uzun illərdir İsrail Müdafiə Qüvvələri, İsrail Müdafiə Nazirliyi və polis qurumlarına proqram təminatı təqdim etdiyini xatırladıb. O, Larri Ellisonun İsrailə təqdim edilən texnologiyaları təriflədiyi videonu da paylaşaraq, "Oracle" şirkətindən əldə olunan maliyyə imkanlarının oğlunun Warner Bros.-u satın alması prosesində istifadə edildiyini iddia edib. Aktyor bu texnologiyaların dünyanın ən böyük media holdinqlərindən birinə inteqrasiya olunmasının ciddi suallar doğurduğunu bildirib.

O, sözügedən birləşmənin əyləncə sənayesi üçün iş yerlərinin itirilməsi və rəqabətin azalması baxımından “fəlakətli” nəticələrə səbəb ola biləcəyini deyərək, izləyicilərini müqaviləyə qarşı çıxmağa çağırıb. "Paramount Skydance" tərəfindən yayılan açıqlamada isə kommersiya mübahisəsi çərçivəsində “soyqırım” və “apartheid” kimi ifadələrin işlədilməsi, həmçinin antisemitik ritorikaya müraciət olunması qəbuledilməz hesab edilib. Ruffalo bu ittihamlara cavab olaraq bildirib ki, İsrail baş nazirinin siyasətini, hərbi texnologiya müqavilələrini və həmin texnologiyaları təqdim edən rəhbərləri tənqid etmək yəhudiləri tənqid etmək anlamına gəlmir. Aktyor fikirlərinin şəxsi siyasi baxışlarından qaynaqlandığını və bunun yəhudilərə qarşı düşmənçilik kimi təqdim edilməsinin doğru olmadığını vurğulayıb. Ruffalo həmçinin sözügedən birləşmənin CNN, HBO və Warner Bros. kimi nəhəng media və əyləncə brendlərinin nəzarətini bir ailənin əlinə verəcəyini qeyd edib. O, bunun redaksiya müstəqilliyinə yarada biləcəyi təhlükələrin və minlərlə ailənin gəlir mənbəyini itirmək riskinin müzakirə edilməsinin vacibliyini söyləyib.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR