“ChatGPT”-dən “Apple” istifadəçiləri üçün yeni imkan

Milyardlarla aktiv istifadəçisi olan “ChatGPT” yeni dəstək sayəsində “Apple”-ın Mesajlar tətbiqinə inteqrasiya olunur. Bununla da süni intellekt mesajlaşma prosesinə birbaşa qoşularaq istifadəçilərə daha rahat ünsiyyət imkanı yaradacaq.
Sfera.az xəbər verir ki, yeni yeniləmə ilə “ChatGPT” “Apple”Mesajlar tətbiqində istifadəçinin mesaj tarixçəsindən yararlanaraq onun adından cavab hazırlaya biləcək. Yeni funksiya “ChatGPT”-nin rəsmi hesabında elan edilib və əsasən “Apple” cihazlarından istifadə edənləri əhatə edir.
“Apple” Mesajlar üçün təqdim edilən bu imkan Mac-dəki “ChatGPT”inteqrasiyasına əsaslanır. Funksiyadan “Codex” və “ChatGPT”Work ilə birlikdə də istifadə etmək mümkündür.
Yeni xüsusiyyət çərçivəsində “ChatGPT” istifadəçinin göndərdiyi mesajların tarixçəsinə çıxış əldə edə, mesajları silə və daxil olan mesajlara uyğun cavab göndərə biləcək.
Funksiyanın mesajlara daha sürətli və praktik cavab verməyə imkan yaratması gözlənilsə də bəzi istifadəçilər məxfiliklə bağlı narahatlıqlarını ifadə edirlər. “OpenAI” sistemin iş prinsipini bütün detalları ilə açıqlamasa da şirkətin məlumatına görə, funksiya cihaz üzərində lokal şəkildə işləyir. Bu isə mesajların hər hansı xarici serverdə saxlanılmadığı və ya qeyd edilmədiyi anlamına gəlir.
Mənsumə






