“Google”-dan tələbələrə şad xəbər

“Google”-dan tələbələrə şad xəbər
Kateqoriya məlum deyil
T

“Google” 140-dan çox ölkədə universitet tələbələri üçün süni intellekt xidmətlərindən ödənişsiz istifadə imkanı yaradıb.

Sfera.az xəbər verir ki, şirkət ABŞ-da universitet tələbələrinə 1 illik AI Pro, digər 140-dan çox ölkədə isə 1 illik AI Plus abunəliyini pulsuz təqdim etməyə başlayıb.

Qeyd edək ki, pulsuz “Google” AI Plus tələbə planı tələbələrə araşdırma aparmaq, məzmun hazırlamaq və dərs çalışmaq proseslərində daha geniş imkanlar təqdim edir. Paket çərçivəsində 2 dəfə daha yüksək istifadə limiti, 400 GB bulud yaddaşı, Gemini Omni-yə giriş, həmçinin Çalışma Qeyd Dəftərləri, Görüntülər və Live funksiyaları üçün limitsiz yükləmə imkanı verilir.

“Google”-ın məlumatına görə, bu kampaniyadan şərtlərə uyğun gələn 18-24 yaş arası universitet tələbələri yararlana biləcək. Təklif həm yeni istifadəçilər, həm də 2025-ci ildə əldə etdikləri AI Pro sınaq müddəti başa çatan tələbələr üçün keçərlidir.

Pulsuz abunəliyin davam etməsi üçün tələbələrin uyğunluq statusu hər il yenidən təsdiqlənməlidir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR