İrandan Trampın təhdidlərinə cavab

İrandan Trampın təhdidlərinə cavab
Kateqoriya məlum deyil
T

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranla iqtisadi əməkdaşlıq edən ölkələrə qarşı təhdidlərinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Qalibaf sosial media hesabında paylaşdığı açıqlamada İranın qonşu ölkələrdən bölgədə yeni təhlükəsizlik sisteminin formalaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı çoxsaylı mesajlar aldığını bildirib.

İran parlamentinin sədri qeyd edib ki, ABŞ-ın İsrailin maraqları naminə həyata keçirdiyi siyasət və müttəfiqlərinin maraqlarını nəzərə almaması bölgədə təhlükəsizlik risklərini artırıb.

“ABŞ-ın siyasəti müttəfiqlərinin təhlükəsizliyini elə böyük risk altında qoyub ki, onlar qısa müddət ərzində öz mövcudluqlarının tamamilə təhdid altında olduğunu gördülər”, - deyə Qalibaf bildirib.

O əlavə edib ki, real sülh və təhlükəsizlik yalnız regional və müstəqil düzən vasitəsilə təmin oluna bilər.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İrana qarşı “indiyədək hər hansı ölkəyə tətbiq edilmiş ən ağır iqtisadi əməliyyata” başladığını açıqlayıb. ABŞ prezidenti bunu “İqtisadi D-Day”, eləcə də görünməmiş miqyasda iqtisadi müharibə və təcrid kimi qiymətləndirib.

Tramp İrana hər hansı formada dəstək verən ölkələrin də ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Tramp administrasiyasının tətbiq etdiyi yeni sanksiyaların Vaşinqtonun əvvəlki sanksiyaları kimi “uğursuzluğa düçar olacağını” deyib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR