ABŞ-dan “TikTok”-a qarşı ağır zərbə

ABŞ-dan “TikTok”-a qarşı ağır zərbə
Kateqoriya məlum deyil
T

ABŞ Ədliyyə Nazirliyi uşaqların onlayn məxfiliyinin qorunması ilə bağlı “TikTok”, onun əsas şirkəti ByteDance və bağlı qurumlarla aparılan məhkəmə işini 400 milyon dollarlıq razılaşma ilə yekunlaşdırıb.

Sfera.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, razılaşma “TikTok” və ByteDance-in ABŞ-da uşaqların onlayn məxfiliyini qoruyan COPPA qanununa və onun tətbiqi ilə bağlı qaydalara uyğunluğu ilə bağlı irəli sürülən iddiaların həlli məqsədi daşıyır.

Açıqlamada 400 milyon dollarlıq ödənişin COPPA ilə bağlı işlər üzrə indiyədək əldə edilən ən yüksək məbləğlərdən biri olduğu vurğulanıb. Razılaşmaya əsasən, “TikTok” 300 milyon dolları dərhal, daha əvvəl Musical.ly şirkətinə qarşı çıxarılıb razılaşma qərarının ləğvindən sonra isə əlavə 100 milyon dollar ödəyəcək.

ABŞ Ədliyyə Nazirliyi həmçinin qeyd edib ki, 2024-cü ildə şikayətin təqdim edilməsindən sonra “TikTok”-un mülkiyyət və idarəetmə strukturunda, uyğunluq funksiyalarında və məxfilik siyasətlərində əhəmiyyətli dəyişikliklər həyata keçirilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR