İdman edənlər diqqət: Turşu suyu ilə balın faydaları

İdman edənlər diqqət: Turşu suyu ilə balın faydaları
Kateqoriya məlum deyil
T

Turşu suyu və bal qarışığı son dövrlər xüsusilə idmanla məşğul olanlar arasında populyarlaşıb. İlk baxışda fərqli görünən bu iki məhsulun birlikdə istifadəsinin orqanizm üçün müəyyən faydaları ola bilər. Xüsusilə intensiv məşqlər zamanı tərləmə nəticəsində itirilən maye və elektrolitlərin bərpasına kömək edə bilər.

Sfera.az xəbər verir ki, turşu suyunun tərkibindəki sodyum tərləmə zamanı itirilən elektrolitlərin qismən qarşılanmasına dəstək olur. Bal isə qlükoza və fruktoza ilə zəngin olduğundan orqanizmin tez istifadə edə biləcəyi karbohidrat mənbəyi hesab olunur. Buna görə də bu qarışıq uzunmüddətli və ağır məşqlərdən əvvəl və ya sonra enerji və elektrolit dəstəyi üçün istifadə edilir.

Turşu suyunun tərkibində maye olması da məşqdən sonra maye qəbuluna müəyyən qədər töhfə verə bilər. Bundan əlavə, bəzi araşdırmalarda turşu suyunun xüsusilə məşq zamanı yaranan əzələ qıcolmalarının azalmasına kömək edə biləcəyi göstərilib.

Bununla belə, qarışığı həddindən artıq qəbul etmək düzgün deyil. Turşu suyunun yüksək duzlu və turş tərkibi bəzi insanlarda mədə yanması, turşuluq və reflüks şikayətlərini artıra bilər. Balın isə şəkər miqdarı yüksək olduğundan onun da ölçülü istifadə edilməsi vacibdir. Qarışığı ilk dəfə sınayanların az miqdardan başlaması və orqanizmin reaksiyasına diqqət etməsi daha məqsədəuyğundur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR