Bu vərdiş beyin həcmini kiçildir

Bu vərdiş beyin həcmini kiçildir
Kateqoriya məlum deyil
T

Orta yaşlarda uzun müddət televizor izləmək, xüsusilə kişilərdə beyin həcminin kiçilməsinə və koqnitiv geriləməyə səbəb olur.

Sfera.az xəbər verir ki, "Alzheimer's and Dementia" jurnalında yayımlanan araşdırmada tez-tez televizor izləyən kişilərin beyin həcmində kiçilmə müəyyən edilib.

Nəticələrə görə, günün böyük hissəsini oturaraq keçirən, lakin bu müddət ərzində mütaliə, yazı, elektron məktublara cavab verən, tapmaca həll edən və digər zehni fəaliyyətlərlə məşğul olan insanların beyin strukturları daha sağlam qalıb. Televizor izləmə ilə beyin quruluşundakı dəyişikliklər arasındakı əlaqənin kişilərdə qadınlara nisbətən daha güclü olduğu da müəyyən edilib. Mütəxəssislər bunun qadınların oturma müddətini daha çox bölməsi və bioloji fərqlərlə bağlı ola biləcəyini düşünürlər.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bildiriblər ki, beyin sağlamlığı baxımından yalnız oturulan müddət deyil, həmin vaxt ərzində görülən fəaliyyət də əhəmiyyətlidir. Televizor izləmək zehni baxımdan passiv fəaliyyət hesab olunur; masa arxasında işləmək, oxumaq və problem həll etmək isə beyni aktiv saxlayır və koqnitiv ehtiyatın formalaşmasına kömək edir. Bu səbəbdən mütəxəssislər uzun müddət ekran qarşısında qalan şəxslərə tez-tez fasilə verməyi tövsiyə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR