Pul, sevgi, şans: Bəxti gətirəcək 5 BÜRC

Bəzi həftələr digərlərindən daha uğurlu keçir. Astroloqların fikrincə, qarşıdan gələn həftə 5 bürc üçün pul, sevgi və şəxsi həyatda xoş dəyişikliklərlə yadda qala bilər. Gözlənilməz xəbərlər, yeni tanışlıqlar və maddi imkanlar bu bürclərin həyatında ön plana çıxa bilər.
Sfera.az xəbər verir ki, xüsusilə 5 bürcün qarşıdakı günlərdə şanslı dövr yaşayacağı gözlənilir.
Buğa
Buğalar üçün həftənin əsas mövzusu maliyyə olacaq. Gözlənilməz bir ödəniş, yeni qazanc imkanı və ya işlə bağlı təklif gündəmə gələ bilər. Uzun müddətdir gözlədikləri maddi rahatlıqla bağlı müsbət xəbər alma ehtimalları yüksəkdir.
Şir
Şirlər üçün sevgi və münasibətlər ön plana çıxacaq. Subay Şirlər yeni biri ilə tanış ola münasibətdə olanlar isə partnyorundan xoş sürpriz görə bilərlər. Həftə ərzində sosial çevrənin genişlənməsi də diqqətçəkəcək.
Tərəzi
Tərəzilər üçün şans xüsusilə iş və karyera sahəsində özünü göstərə bilər. Qarşılarına çıxan yeni fürsət gələcək planlarına ciddi təsir edə bilər. Onların bacarıqlarını göstərəcəkləri mühüm bir görüş və ya təklif də gündəmə gələ bilər.
Oxatan
Oxatanlar üçün qarşıdakı həftə gözlənilməz hadisələrlə zəngin ola bilər. Uzaqdan gələn xəbər, yeni tanışlıq və ya səyahətlə bağlı imkan onların həyatına rəng qata bilər. Xüsusilə əvvəllər təxirə saldıqları bir plan yenidən gündəmə gələ bilər.
Balıqlar
Balıqlar üçün həm sevgi, həm də maddi baxımdan ümidverici günlər başlayır. Gözləmədikləri bir şəxsdən gələn xəbər və ya təklif onları sevindirə bilər. Maddi məsələlərdə isə kiçik, lakin ürəkaçan bir qazanc əldə etmələri mümkündür.
Mənsumə






