Logo

Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO

Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli məşhur aktrisa Ezgi Mola şəxsi həyatı ilə gündəmə gəlib. Mustafa Aksakallı ilə boşandıqdan sonra aktrisanın yeni münasibətə başladığı iddia olunur.

Sfera.az xəbər verir ki, Mola bu dəfə Yaşar Çağlakla birlikdə görüntülənib. Cütlük ilk dəfə kameralara birgə tuş gəlib.

“Tv100 Magazin Hattı”nın yaydığı görüntülərdə onların birlikdə olduğu əks olunub.

Jurnalistlər münasibətləri ilə bağlı suallar ünvanlasalar da, nə Ezgi Mola, nə də Yaşar Çağlak bu barədə açıqlama verib. Cütlüyün nə vaxtdan münasibətdə olduğu isə məlum deyil.

Qeyd edək ki, Ezgi Mola 2018-ci ildə iş adamı Mustafa Aksakallı ilə münasibətə başlayıb. Cütlük 8 may 2023-cü ildə ailə qurub. Bu evlilikdən onların bir oğlu dünyaya gəlib. Lakin cütlük 2025-ci ilin iyununda boşanmaq qərarı verib. Onlar ayrılıq qərarını birlikdə qəbul etdiklərini və dostluq münasibətlərini qoruyacaqlarını açıqlayıblar.

İradə Elsevər

Sfera.az

Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR