Bu bürclərə sevgi gəlir

Bəzən insanın həyatında hər şeyi dəyişən bir qarşılaşma gözlənilmədən baş verir. Qarşılarına çıxacaq yeni biri bu bürclərin həm düşüncələrinə, həm də sevgi həyatına fərqli rəng qata bilər. Astroloqların fikrincə, yaxın günlərdə bəzi bürclər üçün romantik münasibət baxımından hərəkətli dövr başlayır.
Sfera.az həmin bürcləri təqdim edir.
Qoç – Gözləmədikləri bir anda tanış olacaqları insan diqqətlərini çəkə bilər. Bu münasibət əvvəlcə sadə söhbətlə başlasa da zamanla ciddi hisslərə çevrilə bilər.
Əkizlər – Sosial çevrələrində baş verəcək dəyişiklik yeni bir sevginin qapısını aça bilər. Xüsusilə dost vasitəsilə tanışlıq ehtimalı yüksəkdir.
Şir – Özünəinamı ilə diqqətçəkən Şirlər yaxın zamanda onları həqiqətən anlayan biri ilə qarşılaşa bilərlər. Bu insan onların sevgi haqqında düşüncələrini dəyişə bilər.
Tərəzi – Uzun müddətdir ürəklərində daşıdıqları boşluq yeni bir insanın həyatlarına daxil olması ilə aradan qalxa bilər. Qarşılıqlı maraq qısa zamanda romantik münasibətə çevrilə bilər.
Əqrəb – Güclü hisslər yaşayacaqları bir tanışlıq gündəmə gələ bilər. İlk görüşdən yaranan enerji bu münasibətin adi olmadığını onlara hiss etdirə bilər.
Balıqlar – Romantik və duyğusal Balıqlar üçün sevgi baxımından yeni başlanğıc görünür. Qarşılarına çıxacaq insan onlara yenidən sevməyin və güvənməyin mümkün olduğunu göstərə bilər.
Mənsumə






