“Redmi” sevənlərə şad xəbər

“Xiaomi” Çində keçirdiyi tədbirdə yeni “Redmi K100” seriyasını təqdim edib.
Sfera.az xəbər verir ki, “Redmi K100 Pro” və “K100 Pro Max” modelləri güclü prosessorları, 185 Hz OLED ekranları və 200 MP əsas kameraları ilə diqqətçəkir.
“Redmi K100 Pro” Snapdragon 8 Elite Gen 5 V prosessoru və 6,59 düymlük OLED ekranla təchiz olunub. Arxa kamera sistemi 200 MP əsas, 50 MP telefoto və 8 MP ultra geniş bucaqlı kameradan ibarətdir.
Smartfon 8 580 mAh batareyaya, 100 Vt simli və 50 Vt simsiz sürətli şarj dəstəyinə malikdir. Həmçinin IP66, IP68 və IP69 sertifikatları və HyperOS 3.0 təqdim olunur.
Seriyanın üst modeli 6,9 düymlük ekran, Snapdragon 8 Elite Gen 5 prosessoru və 200 MP əsas kamera ilə gəlir. Kamera sisteminə 50 MP periskop telefoto və 50 MP ultra geniş bucaqlı kameralar da daxildir.
“Redmi K100 Pro” 548 dollardan, “Pro Max” isə 666 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb. Ən yüksək yaddaşlı versiyalarda qiymət müvafiq olaraq 696 və 889 dollara qədər yüksəlir.
Mənsumə






