Futbolçu meydanda tutuquşunun "hücumuna" məruz qaldı - FOTO

Futbolçu meydanda tutuquşunun "hücumuna" məruz qaldı - FOTO
Kateqoriya məlum deyil
T

Braziliyada futbol matçı zamanı qeyri-adi hadisə yaşanıb. Futbolçu meydanda tutuquşunun "hücumuna" məruz qalıb.

Sfera.az xəbər verir ki, hadisə Braziliya Futbol Konfederasiyasının "YouTube" kanalında yayımlanıb.

Hadisə yeniyetmələr arasında keçirilən “Flamenqo” və “Seara” komandalarının oyunu zamanı baş verib.

Qarşılaşmanın 17-ci dəqiqəsində tutuquşu stadionun üzərində peyda olub və meydandakı “Flamenqo” futbolçularından birinə doğru uçub.

Futbolçu quşdan yayınmağa çalışsa da, tutuquşu onun kürəyinə toxunaraq oyunçunun yıxılmasına səbəb olub. Hakim hadisədən sonra oyunu qısa müddətə dayandırıb.

Qeyd edək ki, futbol meydanlarında heyvanların meydana daxil olması ilə bağlı oxşar hallar əvvəllər də yaşanıb. May ayında Rusiyanın Bryansk vilayətində keçirilən futbol matçında meydana inək daxil olub.

Həmin qarşılaşmada “Orbita” və BHZ komandaları üz-üzə gəlib. İkinci hissənin əvvəlində meydana çıxan inək kənar xətt boyunca qaçıb. Matç isə BHZ komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR