Bu baş ağrıları ölümcül ola bilər: Nevroloqlar xəbərdarlıq edir

Bu baş ağrıları ölümcül ola bilər: Nevroloqlar xəbərdarlıq edir
Kateqoriya məlum deyil
T

Baş ağrısı əksər hallarda yuxusuzluq, susuzluq və yorğunluq kimi zərərsiz səbəblərdən yaransa da bəzi hallarda beyin qanaması, insult və digər həyati təhlükəli xəstəliklərin ilk əlaməti ola bilər.

Sfera.az xəbər verir ki, nevroloqlar qəfil başlayan və saniyələr ərzində ən yüksək həddə çatan “ildırımvari baş ağrısı”nın ciddi təhlükə yaratdığını bildirirlər. Bu tip ağrılar beyin qanaması, damar cırılması, yüksək kəllədaxili təzyiq və digər təcili tibbi müdaxilə tələb edən hallarla əlaqəli ola bilər.

Mütəxəssislərin sözlərinə görə, baş ağrısı nitq pozğunluğu, bədənin bir tərəfində keyimə və ya zəiflik, görmə itkisi, tarazlığın pozulması və çaşqınlıq kimi əlamətlərlə müşayiət olunursa, bu, insultun xəbərçisi ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Həkimlər həmçinin 50 yaşdan sonra ilk dəfə başlayan gecələr yuxudan oyadan, getdikcə şiddətlənən, qusma, yüksək hərarət, boyun tutulması və şüur bulanıqlığı ilə müşayiət olunan baş ağrılarına qarşı diqqətli olmağı tövsiyə edirlər. Bu əlamətlər meningit, ensefalit, beyin şişi və digər ciddi xəstəliklərin göstəricisi ola bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ