İbrahim Tatlısəsə sərt sözlər: “Miras bizdə qalacaq”

İbrahim Tatlısəsə sərt sözlər: “Miras bizdə qalacaq”
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəs atası ilə bağlı növbəti dəfə diqqətçəkən açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Ankarada yerləşən xəstəxanada fizioterapiya müalicəsini davam etdirən İbrahim Tatlısəs barədə danışan Əhməd Tatlısəs atasını uzun müddətdir heç kimin ziyarət etmədiyini iddia edib.

“O, artıq bir aydır fizioterapiya alır və heç kim onu ziyarət etmir. Dostluq yalnız yaxşı günlərdə olmamalıdır. Sadəcə "mən yaxşıyam" deməklə hər şey bitmir”, – deyə o bildirib.

Atasına ünvanladığı tənqidləri davam etdirən Əhməd Tatlısəs bunları söyləyib:

“Kaş ki, İbrahim bəy də sağlam düşüncə ilə hərəkət edərdi. Özünə “Mən nə edirəm?” sualını verməlidir. Çünki hər zaman yaxşı övlad tapmaq mümkün olmur”.

Əhməd Tatlısəs atasının daha əvvəl səsləndirdiyi “Bütün mirasımı dövlətə qoyacağam” açıqlamasına da münasibət bildirib. O, belə bir qərarın mümkün olmadığını düşünərək deyib:

“Belə bir şey necə ola bilər? Onun övladları, nəvələri, qardaşı oğulları var. Bu qərarın həyata keçəcəyinə inanmıram. Miras sonda ailəsinə qalacaq”.

Qeyd edək ki, İbrahim Tatlısəs bir müddət əvvəl xəstəxanadan verdiyi açıqlamada bütün mirasını dövlətə bağışlayacağını bildirib və “Uşaqlarım üçün bir qəpik də olsun pul qoymamışam” sözləri ilə gündəmə gəlib.

Mənsumə

Sfera.az

PAYLAŞ