Bu ölkəyə nüvə hücumu ola bilər

Kateqoriya məlum deyil
T
Finlandiya nüvə silahlarının idxalına qoyulan qadağanın aradan qaldırılmasından sonra potensial nüvə hücumlarının hədəfləri siyahısındadır.
Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində yazıb.
"Finlandiya nüvə silahlarına qoyulan qadağanı ləğv etdi. Bu, finlər üçün nəyi dəyişir? Sadəcə bir kiçik şey: onların ölkələri artıq Rusiyanın nüvə hədəfləri siyahısındadır. Sevin, Finlandiya, sən ən yüksək təhlükəsizlik səviyyəsinə çatmısan!", - Medvedev bildirib.
Qeyd edək ki, iyunun 17-də Finlandiya parlamenti hökumət tərəfindən təklif edilən və nüvə silahlarının idxalına icazə verən qanun layihəsini təsdiqlədi.
Firuzə Əliyeva
Sfera.az
