Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb

Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb
Kateqoriya məlum deyil
T

Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının ixracı son bir ildə (2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək) 47,1 faiz artaraq 7,4 milyard dollardan rekord hədd olan 10,9 milyard dollara yüksəlib.

Sfera.az xəbər verir ki, məlumata görə, Türkiyə istehsalı olan hərbi təyinatlı məhsullar dünyanın 178 ölkəsinə ixrac edilib. İxracın əsas hissəsi – 6,2 milyard dolları (57,3 faizi) NATO-ya üzv dövlətlərin payına düşüb. Ən çox alış həyata keçirən ilk üç ölkə də NATO üzvləri olub.

Bildirilir ki, müdafiə sənayesi məhsullarının ixracı Türkiyə üçün digər sahələrlə müqayisədə daha yüksək gəlirlilik təmin edir. Belə ki, digər ixrac məhsullarında 1 kiloqramın orta ixrac dəyəri 1,62 dollar olduğu halda, müdafiə sənayesi məhsullarında bu göstərici təxminən 40 dəfə çox – 65,16 dollar təşkil edir.

Həmçinin vurğulanır ki, Türkiyə artıq NATO müttəfiqləri üçün yalnız silah tədarükçüsü deyil, eyni zamanda hərbi texnologiyalar hazırlayan və birgə istehsal layihələrində aparıcı rol oynayan ölkəyə çevrilib.

İnci

Sfera.az

PAYLAŞ