20 kilo arıqlayan Bergüzar Korel yeni görünüşü ilə gündəmdə

20 kilo arıqlayan Bergüzar Korel yeni görünüşü ilə gündəmdə
Kateqoriya məlum deyil
T

Məşhur türkiyəli aktrisa Bergüzar Korel yeni görünüşü ilə sosial medianın diqqət mərkəzinə düşüb. Ardıcıl doğuşlardan sonra təxminən 20 kilo arıqlayan aktrisanın son paylaşımı izləyicilər arasında böyük maraq doğurub.

Sfera.az xəbər verir ki, Korel arıqlama prosesində sərt pəhriz və idman proqramına əməl etdiyini bildirib. O, daha əvvəl arıqlama iynələri ilə bağlı yayılan iddiaları isə təkzib edib.

2009-cu ildə aktyor Halit Ergenç ilə ailə quran aktrisa 2010-cu ildə oğlu Ali, 2020-ci ildə Han, 2021-ci ildə isə qızı Leylanı dünyaya gətirib.

Son paylaşımında çimərlik geyimi ilə kamera qarşısına keçən Korelin fotoları qısa zamanda minlərlə bəyənmə toplayıb. Onun paylaşımına əlavə etdiyi yumoristik qeyd də diqqət çəkib. Aktrisa vizajistinin sözlərini belə sitat gətirib:

“Bergüzar xanım, düz dayana bilərsənmi? İşıq çox gözəldir… Bir az sakit olaq… Sevdiyim poza olsun… Sakit dayana bilərsənmi? Bergüzar xanım…”

Paylaşım izləyicilər tərəfindən həm bəyənmə, həm də şərhlərlə qarşılanıb. Bir çox istifadəçi aktrisanın son görünüşünü və formada qalmasını tərifləyib.

Mənsumə

Sfera.az

PAYLAŞ