Həddindən artıq isti havalarda bunları etməyin

Həddindən artıq isti havalarda bunları etməyin
Kateqoriya məlum deyil
T

Yay aylarında müşahidə olunan həddindən artıq isti hava sağlamlıq üçün ciddi risklər yarada bilər. Günvurma, susuzlaşma və istilik yorğunluğu kimi problemlərin qarşısını almaq üçün mütəxəssislər bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edirlər.

Sfera.az xəbər verir ki, isti hava dalğalarından qorunmaq üçün gün ərzində kifayət qədər su içmək, günəş şüalarının ən təsirli olduğu 11:00-16:00 saatları arasında açıq havada qalmamaq və açıq rəngli, yüngül geyimlər seçmək məsləhət görülür. Həmçinin geniş kənarlı papaq və UV qoruyuculu gün eynəyindən istifadə etmək tövsiyə edilir.

Mütəxəssislər yay aylarında qarpız, qovun, xiyar, pomidor və qatıq kimi su tərkibli qidaların qəbulunu artırmağı, günəşdən qoruyucu krem çəkməyi və mümkün qədər sərin, yaxşı havalandırılan məkanlarda qalmağı məsləhət görürlər.

Körpələr, azyaşlı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilələr, eləcə də ürək-damar, təzyiq və diabet xəstələri isti havalarda daha ehtiyatlı olmalıdırlar.

Bundan əlavə, yüksək hərarət, güclü baş ağrısı, başgicəllənmə, ürəkbulanma və şüur bulanıqlığı kimi günvurma əlamətləri müşahidə olunarsa şəxs dərhal sərin yerə aparılmalı və tibbi yardım alınmalıdır.

Mütəxəssislər fiziki məşqlərin səhər erkən və ya axşam saatlarında edilməsini, uzun müddət günəş altında qalmaqdan, kifayət qədər su içməməkdən, ağır idmandan və qapalı avtomobildə gözləməkdən çəkinməyi tövsiyə edirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ