Ukraynada sülhə Makron mane olur - Fransalı siyasətçi

Ukraynada sülhə Makron mane olur - Fransalı siyasətçi
Kateqoriya məlum deyil
T

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Fransa Prezidenti Emmanuel Makronu Ukraynada sülhün əsas rəqibi kimi xarakterizə edib.


Sfera.az xəbər verir ki, Filippot sosial şəbəkədə Makronun Volodimir Zelenski ilə danışıqlarına münasibət bildirərkən belə yazıb: “Sülhün əsas düşməni danışır!”. 


Siyasətçi hesab edir ki, Ukrayna münaqişəsinə həqiqətən son qoymaq üçün Kiyevə silah və maliyyə dəstəyinin dayandırılması vacibdir, çünki ölkə korrupsiya bataqlığına qərq olub.


Dekabrın 1-də Zelenski Makronla görüşmək üçün Yelisey sarayına səfər edib. Görüşdən sonra Makron bildirib ki, Fransanın Ukraynaya korrupsiya qalmaqalları ilə bağlı “mühazirə” oxumaq haqqı yoxdur. Lakin o qeyd edib ki, digər məsələlərlə yanaşı, Kiyevi maliyyə vəsaiti ilə təmin etdiyi və hərbi əməliyyatları dəstəklədiyi üçün müəyyən tələblər irəli sürə bilər.


Fransa prezidenti həmçinin Ukraynada korrupsiyaya qarşı mübarizədə əldə olunan irəliləyişdən məmnun olduğunu vurğulayıb və siyasi qərarların qəbul prosesi ilə bağlı müşahidələrini bölüşüb.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ