İsrail qırıcıları İran sərhədinə yaxınlaşdı: “Bu, daha çox strateji siqnaldır”

İsrail qırıcıları İran sərhədinə yaxınlaşdı: "Bu, daha çox strateji siqnaldır"
Kateqoriya məlum deyil
T

İraq hava məkanına daxil olan İsrail qırıcıları ABŞ-nin yanacaqdoldurma təyyarələrinin dəstəyi ilə İran sərhədinə qədər uçub.


Məlumata görə, qırıcılar 25 noyabrda İraq üzərində qısa uçuş edərək geri dönməzdən əvvəl İran sərhədinə yaxınlaşıb və həmin müddətdə hücum manevrlərini sınaqdan keçiriblər.

 

Baş verənlər nəyin xəbərçisidir? İndiki vəziyyətdə İsrailin yenidən İranı vurma ehtimalı varmı?

 

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar İsrail qırıcılarının İraq hava məkanına daxil olması və ABŞ-nin yanacaqdoldurma təyyarələrinin dəstəyi ilə İran sərhədinə qədər uçmasının ilk növbədə bir siqnal kimi qiymətləndirilə biləcəyini deyib.

 

 

Onun sözlərinə görə, belə uçuşlar adətən kəşfiyyat xarakteri daşıyır:

 

“Son aylarda regionda artan gərginlik təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirib. Bununla belə, hazırkı mərhələdə real hücum ehtimalı yüksək görünmür. Tammiqyaslı hərbi əməliyyat ehtimalı aşağı olsa da, risk tamamilə aradan qalxmayıb. Bu uçuşlar daha çox qarşı tərəfə mesaj göndərmək niyyəti kimi dəyərləndirilə bilər. Çünki açıq hərbi əməliyyat regionu genişmiqyaslı qarşıdurmaya sürükləyə və bütün tərəflər üçün ciddi təhlükə yarada bilər”.

 

Ü.Zülfiqar eyni zamanda, bu cür manevrlərin psixoloji təzyiq vasitəsi kimi də istifadə olunduğunu əlavə edib:


“Bu baxımdan, baş verənləri həm texniki hazırlıq, həm də strateji xəbərdarlıq xarakterli addım kimi qiymətləndirmək mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR