Ərdoğan Putinlə danışdı - Bu məsələlər müzakirə edildi

Ərdoğan Putinlə danışdı - Bu məsələlər müzakirə edildi
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ankara­nın Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla həllinə töhfə verməyə davam edəcəyini bildirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Məlumata görə, liderlər arasında keçirilən telefon danışığında ikitərəfli münasibətlər, regional və qlobal proseslər, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişi müzakirə olunub.

 

Prezident Ərdoğan Putinə bildirib ki, Türkiyə əvvəlki kimi bütün diplomatik təşəbbüsləri dəstəkləməyə və tərəflər arasında birbaşa təmasların qurulmasına yardım etməyə hazırdır. Onun sözlərinə görə, Ankara bölgədə sülhün bərqərar olması üçün üzərinə düşən rolu oynamaq niyyətindədir.

 

Danışıqlar zamanı Türkiyə lideri həmçinin vurğulayıb ki, Ankara ədalətli və qalıcı sülhün təmin olunması ilə Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq istiqamətində səylərini davam etdirəcək.

 

Rəsmi Ankara son illərdə Moskva və Kiyev arasında vasitəçilik missiyasını bir neçə dəfə üzərinə götürməyə çalışıb və bu istiqamətdə yeni təşəbbüslərə açıq olduğunu bir daha bəyan edib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR