Pilota məhkəmə gözlənilməz qərar çıxardı

Keçmiş “Alaska Airlines” pilotu 46 yaşlı Cozef Devid Emersonun məhkəmə prosesi gündəm olub. Belə ki, məhkəmə onu sərnişin təyyarəsinin mühərriklərini söndürməyə cəhd etməsinə görə üç il şərti azadlıqan məhkum edib.
Sfera.az bildirir ki, hadisə 22 oktyabr 2023-cü ildə Vaşinqtondan ABŞ-ın San-Fransisko şəhərinə uçan “Horizon Air 2059”reysində baş verib. Emerson kabinədə qatlanan oturacaqda oturan sərnişin olub.
Prokurorların sözlərinə görə, bir anda o, mühərriklərə yanacaq tədarükünü dayandıran iki qırmızı yanğınsöndürən qoluna əl atıb onları aşağı çəkməyə başlayıb. Bu hərəkət qəzaya səbəb ola bilərdi.
Pilotların və heyətin sürətli reaksiyası onlara kişini sakitləşdirməyə və təyyarəni Portlandda təhlükəsiz şəkildə yerə endirməyə imkan verib. Təyyarədə 84 sərnişin olub.
Keçmiş pilot daha sonra vəziyyətini polisə ətraflı izah edib. Belə ki, hadisə baş verən vaxt o, təxminən 48 saat yatmayıb, yaxın dostunun ölümünə görə stressdə olub, uçuşdan iki gün əvvəl psixodelik göbələk qəbul edib. Baş verənlərin yuxu olduğuna və qolları çəkməyə çalışmağın onu "oyadacağına" əmin olub.
Kişi özünü "tələyə düşmüş" hiss etdiyini və heç vaxt evə qayıtmayacağına əmin olduğunu xatırlayır. Telefonuna bir dostunun təsəlli gələndə Emerson oyanmalı olduğunu anlayıb.
"Bunun bir yuxu olmadığını anlamalı idim. Həyatımın bu 30 saniyəsini, dəyişdirmək istəyərdim, amma edə bilmirəm"-deyə Emerson hərəkətlərinin təhlükəsini dərk edərək etiraf edib.
Dinləmədə o, vəkillərini və həyat yoldaşını qucaqlayaraq göz yaşlarını saxlaya bilməyib. Federal prokurorlar bir illik həbs cəzası tələb etsələr də, rayon hakimi əlavə həbs müddətinə ehtiyac olmadığına qərar verib.
Emerson hadisədən dərhal sonra artıq 46 gün həbsdə yatmışdı. Bu, onun cəzasının əsasını təşkil edib. Həyat yoldaşı və bir neçə nəfər məhkəmədə onu dəstəkləyərək ifadə verərək, hadisənin bütün ailəyə təsirini vurğulayıblar.
Buna görə də məhkəmə şərti cəza ilə kifayətlənib.






