Ermənistan Qazaxıstanla yaxınlaşır - Paşinyandan önəmli açıqlamalar

Ermənistan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Qazaxıstan Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, vacib bir mərhələdə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi, Qazaxıstanın regional proseslərdə oynadığı rolu daha da artırır.
“Qazaxıstan bizim üçün çox vacibdir, çünki belə önəmli bir vaxtda Almatıda xarici işlər nazirimizlə Azərbaycanın xarici işlər naziri arasında görüşlər keçirmək imkanımız oldu. Bu, bizim üçün böyük siyasi məna daşıyır”, – Paşinyan vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan sülh prosesi Almatı bəyannaməsinə əsaslanır və bu sənəd regional təhlükəsizlik baxımından ciddi simvolizmə malikdir.
Paşinyan rəsmi səfərin nəticələrinə toxunaraq bildirib ki, imzalanan sənədlər və aparılan danışıqlar nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi regiondakı əməkdaşlığın yeni mərhələsini açır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də səfər zamanı Ermənistanı “etibarlı və vacib tərəfdaş” adlandırıb və ikitərəfli əlaqələrin genişləndirilməsinin tərəflər üçün yeni imkanlar yaratdığını bildirib.
Fidan Hacızadə
Sfera.az






